QR CodeQR Code

30 Ölkə İrandan kömək istədi

6 Jun 2012 13:54

IslamTimes - Onlar yeni virusla mübarizə üçün İrana müraciət ediblər


İranlı mütəxəssislər bu ölkəyə yönələn ən təhlükəli sayılan “flame” (alov) virusunun qarşısını tez bir zamanda aldığına görə, 30 ölkə onlardan yardım istəyib. Bu haqda İran İnformasiya Texnologiyaları Təşkilatının sədr müavini İsmail Radkani jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, 30 ölkə, o cümlədən Avstraliya, Malaziya, Hollandiya və hətta İranla diplomatik əlaqələri olmayan bir sıra ölkələr “Flame” virusu ilə mübarizə üçün İranın “MAHİR” mərkəzinə müraciət ünvanlayaraq, yardım istəyiblər.
Qeyd edək ki, sözügedən virus dünyanın ən təhlükəli virusu adlanıb. Hətta tanınmış və ən güclü anti-virus proramları belə onu müəyyənləşdirərək, məhv etmək gücündə deyil. /FaktXeber/


Story Code: 168684

News Link :
https://www.islamtimes.org/az/news/168684/30-ölkə-irandan-kömək-istədi

Islam Times
  https://www.islamtimes.org