QR CodeQR Code

Lavrov: “İrana qarşı əlavə sanksiyalar əks effekt verəcək”

7 Jun 2012 07:35

IslamTimes - Lavrov: "İrana qarşı əlavə sanksiyalar tamamilə əks effekt verəcək”.


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, İranın nüvə enerjisindən istifadə etmək haqqını dəstəkləyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: "İrana qarşı əlavə sanksiyalar tamamilə əks effekt verəcək. Zənnimizcə bu sanksiyalar kollektiv şəkildə qərarlar qəbul edilməsində problemlər yaradacaq. Bundan öncə də təkcə BMT Təhlükəsizlik Şurası deyil, bəzi ölkələr tərəfindən də bir sıra sanksiyalar tətbiq edilmişdir."

Lavrov bu sözləri Çinə rəsmi səfəri zamanı Vladimer Putinin Çinli həmkarı Hu Cin Tao ilə görüşündən sonra açıqlayıb.

Xatırladaq ki, Qərb ölkələri İranın nüvə silahı əldə etmək niyyətində olduğu bəhanəsi ilə bu ölkəyə sanksiyalar tətbiq edib.


Story Code: 168918

News Link :
https://www.islamtimes.org/az/news/168918/lavrov-irana-qarşı-əlavə-sanksiyalar-əks-effekt-verəcək

Islam Times
  https://www.islamtimes.org