QR CodeQR Code

İranla Çin arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

7 Jun 2012 08:48

IslamTimes - İranla Çin arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. APA-nın İRNA-ya istinadən məlumatına görə, razılaşma İranın Sənaye, Mədənlər və Ticarət Nazirliyi ilə Çin Sənaye Nazirliyinə bağlı MCC şirkəti arasında bağlanıb.


İran sənaye, mədənlər və ticarət naziri Mehdi Qəzənfəri müqavilənin imzalanmasındakı əsl məqsədin iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirib.

Qeyd edək ki, Çinin MCC şirkəti hazırda İranda 5 böyük layihə üzərində işləyir. Ötən il İranla Çin arasında ticarətin həcmi 45 mlrd. dollar olub. Bu il bu rəqəmin 55 mlrd. dolları aşacağı ehtimal olunur. /APA/


Story Code: 168929

News Link :
https://www.islamtimes.org/az/news/168929/iranla-çin-arasında-yeni-əməkdaşlıq-müqaviləsi-imzalanıb

Islam Times
  https://www.islamtimes.org