0
Thursday 7 June 2012 - 12:04

İsrail Ştab Rəisi: İran nüvə silahı istehsal etmək fikrində deyil

Story Code : 169012
İsrail Ştab Rəisi: İran nüvə silahı istehsal etmək fikrində deyil
İsrail Ştab Rəisi: İran nüvə silahı istehsal etmək fikrində deyil
Islam times.org/az/ - Çərşənbə axşamı günü Knessetin xarici əlaqələr və Müdafiə komitəsinin iclasında Qants İranın nüvə məsələsi üzərində olan danışıqları tənqid edib.

O deyib: “İran hələ nüvə silahını yaratmaq haqda qərara gəlməyib, ancaq artıq ictimaiyyətdə bu haqda xeyli dediqodular var. Bu dediqodular da şişirtmələrlə doludur. Baş verən bu ictimai dediqodular və forum və yığıncaqlarda keçirilməli olan professional dialoqlar arasında xeyli fərq var.”
O gərginliyi artırmaqda bəzi şəxsləri tənqid etmiş və bildirmişdir ki, bu gərginlik sonda müharibə ilə nəticələnə bilər.

Qants əlavə edərək deyib: “Gərginlik virus kimi bir şeydir. Region boyu yayılır və hər xalq da ona müxtəlif cür münasibət göstərir.”

İsrail İrana qarşı aqressiyanı artırdıqca əslində beynəlxalq qanunları pozmuş olur.
Keçən ay sabiq baş nazir Ehud Olmert və İsrailin daxili kəşfiyyat idarəsinin sabiq rəisi Yuval Diskin Tel Əvivin müharibə qızışdırma siyasətinin tənqid etmişdilər.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri İranı nüvə silahı istehsal etməkdə tənqid ediblər. Vaşinqton və Tel Əviv arasıra İranı hərbi hücumla hədələyiblər.

İran isə Nüvə Yayılmama Müqaviləsini imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olaraq dinc məqsədlər üçün nüvə enerjisini inkişaf etdirməyə və əldə etməyə tam haqqı olduğunu bildirib.
Source : Islamtimes
Comment