QR CodeQR Code

Netanyahu: Sanksiyalar İran nüvə proqramını 1 millimetr də olsun yavaşıtmayıb

Islamtimes , 7 Jun 2012 12:14

İslamtimes - İsrail baş naziri Benyamin Netanyahu Qərb ölkələrini İrana qarşı sanksiyalarda uğursuzluqda ittiham etmiş və ABŞ-ın başçılığı ilə tətbiq edilən sanksiyaların İran nüvə fəaliyyətinin qarşısını bir millimeter də olsun ala bilmədiyini demişdir.


islamtimes.org/az/ - Çərşənbə axşamı günü Alman qəzetinə ekskluziv müsahibə verən Netanyahu deyib: “Bu qədər təziqlərə baxmayaraq İran nüvə proqramı bir millimeter də olusn yavaşımayıb.”

İsrail baş naziri həmçinin şikayət edərk deyib: “İrandan təkcə uranı 20%-dək zənginləşdirməyi dayandırmaq tələb edilib və bu hər halda nüvə proqramını dayandırmayacaq. Əslində bu tələb onları nüvə proqramını davam etdirməyə imkan verir.”

Baş nazirin bu qəzəbli açıqlaması İsrail rejiminin nüvə başlıqları daşıyacaq və Yaxın Şərq region sularında üzəcəyi ehtimal olunan Delfin adlı sualtı gəmiləri Almaniyadan aldıqdan sonra gələn etirazlar müqabilində etmişdir.

Tel Əviv rejiminin yüzlərlə nüvə başlığına sahib olması geniş yayılmış bir məsələdir. İsrail tərəfi atam silahlarına sahib olmağını nə inkar edir və nə də təsdiq. Rejim heç vaxt beynəlxalq təftiş qruplarına özünü nüvə sahələrini yoxlamağ icazə verməmiş və Nüvə Yayılmama Razılığını imzalamaqdan imtina etmişdir.

Bazar gün İmam Xomeyninin dünyadan köçməsinin 23-cü il dönümü münasibətli çıxış edən Ayətullah Xamenei İsrailin İranın nüvə proqramına görə hərbi təhdidlərinə işarə edərək deyib ki, bu cür müharibə təhdidləri və ictimai təbliğat əslində Sionist rejiminin qorxaqlıq və çarəsziliyinin göstəricisidir.


Story Code: 169017

News Link :
https://www.islamtimes.org/az/news/169017/netanyahu-sanksiyalar-iran-nüvə-proqramını-1-millimetr-də-olsun-yavaşıtmayıb

Islam Times
  https://www.islamtimes.org