QR CodeQR Code

İran Məclis spikeri: Qlobal güclər od ilə oynayırlar

Islamtimes , 8 Jun 2012 01:03

İslamtimes - İran Məclisinin spikeri Əli Laricani xəbərdarlıq edərək bildirib ki, dünya güclərinin regiondakı oyanışları hədəfindən yayındırmağa çalışmaları əslində onların od ilə oynaması kimidir.


islamtimes.org/az/ - Laricani Tehranda Hindistanın auditor generalı Vinod Rai ilə görüşündə deyib: “Dünya gücləri çalışırlar ki, inqilab baş verən ölkədəki vəziyyətləri öz xeyirlərinə dəyişsinlər. Onların halı od ilə oynayan insan bənzəyir.”

O Tehran və Dehli arasında olan əlaqələrin İranın Şərq siyasəti ilə uyğun gəldiyini deyərək bildirib ki, Məclis hər iki ölkənin maraqları çərçivəsində olan çalışmaları və cəhdləri dəstəkləyir.

İran rəsmisi həmçinin iki tərəfli əlaqələrin daha da inkişafı üçün siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Hindistan rəsmisi isə öz növbəsində anti İran çıxış və ölçüləri pisləyərək İslam Respublikası ilə siyasi, iqtisadi, və ticari əlaqələrin mühümlüyünü nəzərə çatdırıb.


Story Code: 169206

News Link :
https://www.islamtimes.org/az/news/169206/iran-məclis-spikeri-qlobal-güclər-od-ilə-oynayırlar

Islam Times
  https://www.islamtimes.org