QR CodeQR Code

Oyan vətən oğlu, müharibə qızışır!

8 Jun 2012 10:49

IslamTimes - Cəbhənin Füzuli rayonu istiqamətində ermənilər Azərbaycan mövqelərinin üzərinə hücum edib.


“AzeriDefence.com” saytının Füzuli rayon sakinlərindən əldə etdiyi məlumata görə, bu gün günortadan başlayaraq bir neçə istiqamətdə şiddətli döyüşlər gedir. Ermənistan Ordusunun hücumunun dəf edildiyi bildirilir. Hər iki tərəfdən itkilərin olduğu ehtimalı var.
Günorta saatlarından başlayaraq ərazi üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş və hərbi nəqliyyat helikopterləri uçuşlar etməyə başlayıb. Baş verənlərin təfərrüatları hələ ki yerli əhaliyə aydın deyil.
Hərbi helikopterlər bu gün həmçinin Xocavənd və Ağdam istiqamətində cəbhə xətti üzərində uçuşlar gerçəkləşdirib.


Story Code: 169251

News Link :
https://www.islamtimes.org/az/news/169251/oyan-vətən-oğlu-müharibə-qızışır

Islam Times
  https://www.islamtimes.org