0
Friday 8 June 2012 - 14:49

Rusiya Suriya ilə bağlı beynəlxalq konfransda İranın da iştirak etməsini istəyir

Story Code : 169287
Russia - Syria - İran
Russia - Syria - İran
"IslamTimes" "Blumberg" xəbər agentliyinə istinadən bildirir ki, Rusiya dövləti Rusiya xarici işlər naziri Sergey Lavrovun Suriya ilə bağlı beynəlxalq konfransda İranın da iştirakı ilə bağlı təklifini dəstəkləyərək, bu məsələnin vacibliyini vurğulayıb.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç bu gün dövlət telekanalındakı çıxışı zamanı deyib: "Biz ümid edirik ki, Suriya məsələləri üzrə Ərəb Liqası və BMT-nin xüsusi nümayəndəsi olan Koffi Annan və BMT baş katibi bu gün bizim təklifimizi müzakirə edəcəklər. Biz təkidlə vurğulayırıq ki, İran kimi yüksək nüfuza malik bir ölkənin bu məsələyə müdaxiləsi olmasa vəziyyət sabitləşə bilməz."
Comment