0
Saturday 9 June 2012 - 11:53

Terroristlər harada yetişir

Story Code : 169307
Terroristlər harada yetişir
Terroristlər harada yetişir
Doğrudanmı terror məktəbləri yalnız filmlərdə mövcuddur. Əgər real həyatda terrorçu varsa, demək terror məktəbləri də real həyatda fəaliyyət göstərir. Bu məktəblər nə zaman təsis olunub? Həmin məktəblərin ABŞ-la nə əlaqəsi var? Bu məktəbdən çıxanlar bir əməliyyatda yüzlərlə insanın həyatına son qoyur. Latın Amerikası diktatorları harada tərbiyə olunur? Bu sualları cavablandırmağa çalışaq.

Belə bir məktəb təsəvvür edin ki, bu məktəbdə insanlara işgəncə vermək, onların həyatına qəsd etmək tədris olunur. Elə bir məktəb ki, onun vəzifəsi günahsız insanların məhvidir.

Mövzu ilə tanış olanlar yaxşı bilir ki, belə düşərgələrin əksəri ABŞ-da yerləşir və dövlət büdcəsindən maliyyələşir. Amma kimsə ötən fəal 64 il terror tarixində bu məktəblər barədə danışmağı zəruri saymayıb. “School of the Americas” adlanan məktəbdə terror dərsi keçilir. Burada latın Amerikasından olan döyüşçülər təlim alır. Məktəb ABŞ-ın Corcziya ştatında “Fort Benning” düşərgəsində yerləşir. 2001-ci ildə ABŞ konqresində rəsmiyyət qazandıqdan sonra məktəb “WHINSEC”, yəni Təhlükəsizlik Həmkarlığı Üzrə Mərkəz adlandırılıb. Bu mərkəzə hazırda “Felix Santiago” adlı hərbçi başçılıq edir. “School of the Americas” əvvəlcə Panamada yerləşib. 1984-cü ildə Panama bitərəflik öhdəçiliyi götürdükdən sonra məktəb bu ölkədən
çıxarılıb.

Terror məktəbinin yerləşdiyi Fort Benning məntəqəsi
Panamanın sabiq prezidenti “Jorge Illueca” bu məktəbi Latın Amerikasının ən qalmaqallı məktəbi adlandırıb. Məktəbin məzunları bütün Amerika qitəsində qətliamlarla məşğul olub. Bu səbəbdən də məktəbə qatillər məktəbi adı verilib.

1946-cı ildən bu günə qədər həmin məktəbdə 64 mindən çox döyüşçü təlim alıb. Onlar hətta etiraz aksiyalarının yatırılması üsullarına yiyələnib. Eyni zamanda işgəncələr altında istintaq məktəbin təhsil proqramında geniş yer alıb. Məktəbin məzunları adətən öz xalqlarına qarşı fəaliyyət göstərib.

Xarici hərbçilər təlim zamanı

“School of the Americas” məktəbində xüsusi siyahılar mövcuddur. Bu siyahıda diktator rejimlərə qarşı, eyni zamanda Ağ Evin siyasətlərinə yönəli baxışları olan hərəkat başçıları, universitet müəllimləri, fəal tələbələr qeydə alınıb. Əslində həmin insanlar öz ölkələrində demokratik quruluş yolunda çalışıblar. “School of the Americas” məzunları yüz minlərlə müxalif insanlara işgəncə verib, onları qətlə yetirib. Bu adamlar arasında qeyri-müəyyən şəkildə yoxa çıxanlar az deyil. Qatillər məktəbində hazırda da təlimlər davam edir. Onun düşərgələrində müxtəlif ölkələrdən gələn döyüşçülər təlim alır. Bu terror məktəbi dünyanın tanınmış insanları tərəfindən hədəfə alınıb. Məktəb
məsulları isə terror əməliyyatlarında iştirak edən məzunlara görə məsuliyyət daşımadıqlarını bildirirlər. Hazırda məktəb Amerikanın Milli Təhlükəsizlik Doktrinasında ən möhkəm bəndlərdən sayılır. Latın Amerikasında baş verən bütün hərəkatlarda məktəbin məzunları qətliamlarla məşğuldur. Onlar milli hökumətləri səhnədən çıxarır, diktatorların müdafiəsində dayanır, fəal müxalifətçiləri aradan götürür. Dünyada insan haqqlarına qarşı olan ən fəal məktəblərdən biri “School of the Americas” məktəbidir.

1989-cu il 16 noyabr tarixində mərkəzi Amerikada 6 keşiş və bir universitet professorunun qətli dünyada səs saldı. Bu insanları Salvador hərbçiləri qətlə yetirmişdi. Hadisəni araşdıran BMT komissiyası bu qətliamda iştirak edən 27 qatildən 19-nun “School of the Americas” məktəbinin məzunu olduğunu bildirdi.

ABŞ tərəfindən yetişdirilmiş generallar: Emilio Massera, Guillermo Rodriguez, Manuel Noriega

Salvadorda olan məşhur qatil generallar ABŞ terror məktəbinin məzunlarıdır. Görün bu insanlar arasında kimlər var: Manuel Noriega, Emilio Massera, Lepoldo Galtieri, Roberto Eduardo Viola, Hugo Banzer, Guillermo Rodriguez, Roberto D'Aubuisson, Oscar Romero, Julio Alpirez, El Mozote.

Manuel Noriega Panama diktatoru, narkotik qaçaqmalçısı, CIA-nın casusu olub.
Emilio Massera Argentina Dəniz Qoşunları komandanı vəzifəsində qətliamlar törədib. Bir sözlə adı çəkilən insanlar sıradan terrorçu deyillər, onların
hər biri terror tarixinin yaranmasında yaxından iştirak edib.

Terror məktəbinin yetirmələri olan diktatorlar: Hugo Banzer, Eduardo Viola, Lepoldo Galtieri

1981-ci il 13 dekabrda Salvadorda qalmaqallı qətliam baş verdi. Dövrün prezidenti bu hadisəni Latın Amerikası tarixinin ən böyük qətliamı adlandırdı. Hadisənin məsuliyyəti dövlətin üzərinə düşürdü. Terror hadisəsini həyata keçirənlərin əksəriyyəti “School of the Americas” məktəbi düşərgələrində təlim görmüşdü. Qətlin törədildiyi kəndə daxil olan terrorçular uşaqlar və qadınlar da daxil olmaqla bütün kənd əhalisini meydana yığıb ağzı üstə yerə uzatmışdılar. Onlar işgəncə altında sorğuya çəkilmişdilər. Daha sonra qadınlar ayrı, kişilər ayrı, uşaqlar ayrı kilsə və başqa binalarda həbs edilmişdi. Əvvəlcə kişiləri, sonra qadınları, sonra isə uşaqları qətlə yetirmişdilər. Qadınlara təcavüz olunmuş, uşaqların başı kəsilmişdi. Bütün kənd əhalisi öldürüldükdən sonra kəndə od vurulmuşdu. Terrorçular oradan siyahı üzrə növbəti kəndlərə üz tutmuşdular.

Terror məktəbi məzunlarının "El Mozote"-də qətlə yetirdikləri şəxslərin cəsədləri

Qırğın qurbanlarının xatirəsinə ucaldılmış abidə
2005-ci il 21 fevral tarixində Kolumbiyada 3 körpə amansızlıqla qətlə yetirildi. Şahidlər bu qətliamın Kolumbiya ordusu tərəfindən həyata keçirildiyini bildirirdilər. Luis Eduardo Guerra adı ilə
tanınan beynəlxalq nüfuzlu siyasətçi “School of the Americas” məktəbinə qarşı təbliğat kampaniyasına başladı. O öz çıxışında “Toriles San Jose de” kəndində uşaqların qətliamı məsələsinə münasibət bildirdi.

San Jose qırğını qurbanları

Maraqlıdır ki, Kolumbiya dövləti bu günə qədər həmin hadisəni araşdırmamışdır. Ümumiyyətlə “School of the Americas” məzunlarının törətdiyi böyük terror hadisələrini araşdırma üzərində bir qadağa var. 1990-cı ildən bu günə qədər “SOA Watch” adlanan və Vaşinqtonda yerləşən nəzarət təşkilatı hər vasitə ilə “School of the Americas” məzunlarına bəraət qazandırmaq istəyir. Təşkilat bu terror məktəbinin bağlanması qarşısında dayanan ən böyük maneədir. Hansı ki, mövzu ilə tanış olan mütəxəssislər bu təşkilatın terror məktəbini himayə üçün yaradıldığını iddia edir. Nəzarət təşkilatına qarşı etirazlar hər gün güclənir. 2005-ci ildə etiraz aksiyalarında 19 min nəfər iştirak edib. Aksiyalarda bir çox terror hadisələrinə, o cümlədən Salvadorda 6 keşişin qətlə yetirilməsinə etiraz olunub. 2004-cü ildə Venesuela “School of the Americas” düşərgələri bütün əlaqələrini kəsdi. 2006-cı il 28 martda Argentina dövləti də eyni addımı atdı. Uruquvay elan etdi ki, terror məktəbi ilə bütün əlaqələr kəsilir. 2007-ci ildə Kosta Rika prezidenti məktəb məzunlarının fəaliyyətlərinə qadağa
qoydu. 2008-ci il 18 fevralda Boliviya prezidenti məktəbin direktoruna müraciət edərək məktəb məzunlarını qəbul etməyəcəyini bildirdi.

“School of the Americas” ilə bağlı təşkil olunan etiraz aksiyası

Joseph A. Blair ABŞ ordusunun ehtiyatda olan zabitidir. O bir zaman “School of the Americas”da müəllim işləyib. Vyetnamda “Operation Phoenix” əməliyyatlarının fəal iştirakçılarındandır. Həmin əməliyyatlarda 40 min vyetnamlı həlak olub. Joseph A. Blair 1993-cü ildə terror məktəbinin bağlanması üçün kampaniyaya başlayıb. Hazırda o ən qatı müxalif kimi tanınır. Joseph A. Blair iddia edir ki, bu məktəbdə qeyri-insani işgəncə metodları öyrədilir. O Vyetnam müharibəsində bu metodların tətbiq olunduğunu bildirir. Blair məktəb məzunlarının qətllərdə, işgəncələrdə iştirakını bildirib. Blairin sözlərinə görə prezident Karterin dövründə məktəbə qarşı təzyiqlər güclənsə də sonda hər şey öz yerində qaldı.

2005-ci ildə terror məktəbinin bağlanması tələbi ilə ABŞ konqresinin 134 deputatı məsələ qaldırdı. Məktəbə ayrılan dövlət büdcəsinin kəsilməsi tələbi müvəffəqiyyətsizliyə uğradı. Verilən məlumata görə Pentaqon məclis nümayəndələrini bu işə məcbur etdi. Yekdilliklə qəbul olunacaq qərar Konqresdən keçmədi. Beləcə “School of the Americas” terror məktəbi ABŞ dövlət büdcəsi hesabına öz fəaliyyətlərini davam etdirir.

Veteran hərbçilərin mitinqi
Comment