0
Saturday 9 June 2012 - 19:41

Suriya müxalifəti Britaniya jurnalistlərini güllə qabağına verdi

Story Code : 169678
Suriya müxalifəti Britaniya jurnalistlərini güllə qabağına verdi
Suriya müxalifəti Britaniya jurnalistlərini güllə qabağına verdi
"IslamTimes"-ın "Lenta.ru"-ya istinadən verdiyi xəbərə əsasən, Britaniyada “Channel 4”-ün jurnalisti Aleks Tomson öz bloqunda Suriyadakı mövcud vəziyyətə aydınlıq gətirib. Jurnalistin sözlərinə görə Livanla sərhəd Homs əyalətinə səfər zamanı yerli qiyamçılar onlarla düşmən kimi rəftar edib və əməliyyat gedişində onları güllə qabağına verib. Belə ki, çəkilişlərdən sonra Dəməşqə qayıtmaq istəyən jurnalistlər qiyamçıların təkidi ilə tanımadıqları bir yolla hərəkətə başlayıb. Tomson yazır ki, qiyamçılar bizi bilərəkdən bu yolla ötürdülər. Onlar bilirdilər ki, bu yol dövlət qüvvələrinin atəşi altındadır. Qiyamçılar üçün qətlə yetirilmiş hər jurnalist dünya səhnəsində bir bal uduş kimidir.
Comment