0
Saturday 9 June 2012 - 19:52

Əfqanıstandakı ABŞ ordusunda hər gün bir intihar hadisəsi baş verir

Story Code : 169682
Əfqanıstandakı ABŞ ordusunda hər gün bir intihar hadisəsi baş verir
Əfqanıstandakı ABŞ ordusunda hər gün bir intihar hadisəsi baş verir
Islam times.org/az/ - Pentaqonun statistik məlumatına əsasən ilin birinci 155 günündə ABŞ hərbisində 154 intihar hadisəsi qeydə alınıb ki, bu da Əfqanıstanda öldürülən ABŞ əsgərlərinin 50%-dir.

2011-ci il oktyabr ayından etibarən Əfqanıstan və İraq müharibəsində təxminən 6500 ABŞ əsgəri qətlə yetirilmişdir.

Müharibənin stresi, travma zərbələri və narkotikadan istifadə intihar hadisəsinə əsas səbəb kimi göstərilir.


Əfqanıstandakı artan hərbi fəlakət və ölümlər ABŞ və bəzi NATO ölkələrində kütləvi etirazlara səbəb olmuşdur.

2001-ci ildə ABŞ-ın rəhbərliyi ilə Əfqanıstanda müharibə başlamışdır. İşğalçılar Talibanı hakimiyyətdən devirmiş, ancaq 130 min ABŞ əsgərinin Əfqanıstanda olmasına baxmayaraq ölkə boyu təhlükə kritik səviyyəyə çatıb.
Source : Islamtimes
Comment