0
Saturday 9 June 2012 - 20:03

Rusiya-Azərbaycan sərhədində problem yaranıb

Story Code : 169688
Rusiya-Azərbaycan sərhədində problem yaranıb
Rusiya-Azərbaycan sərhədində problem yaranıb
Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən Samur keçid məntəqəsinin qarşısında yenidən yük və sərnişin avtomobillərinin növbəsi yaranıb. Samur gömrük keçid məntəqəsinin gömrük terminalının qarşısında təxminən 200-dən artıq yük avtomobili, Rusiyaya keçmək üçün növbə gözləyir.

Azərbaycandan Rusiyanın ayrı-ayrı şəhərlərinə meyvə-tərəvəz apardıqlarını deyən həm yerli, həm də Rusiya vətəndaşları olan sürücülər artıq bir neçə gündür sərhəddən buraxılmadıqlarını bildiriblər. Onların sözlərinə görə, əsasən kənd təssərrüfatı məsulları gətirilən avtomobillərdə soyuducu işləsə də məhsul artıq xarab olmaq üzrədir.

“2 gündür buradayam, Azərbaycan tərəfdən deyirlər problem Rusiyadadır, Rusiya tərəfi deyir ki, problem Azərbaycandadır. Məhsulumuz xarab olur. Təcili buradan çıxmalıyıq”, - deyə Maqamedrəsul Abdulməcidov şikayətlənib.

Samur Gömrük Keçid məntəqəsinin girəcəyində sərnişin avtobuslarının da növbəsi müşahidə olunur. Burada növbə gözləyən 20 avtobusun sərnişin və sürücüləri də 2-3 gündür sərhəddə qaldıqlarını bildiriblər. Onlara da keçid məntəqəsindən hansı səbəbdən buraxılmamaları barədə məlumat verilmir.

Məsələ ilə bağlı Xaçmaz Gömrük İdarəsinin Samur Keçid məntəqəsinin rəisi Hüseyn Məsumov ANS PRESS-in bölgə müxbirinə bildirib ki, Azərbaycan tərəfədən həm yük, həm sərnişin avtomobillərinin qonşu ölkəyə buraxılmasında heç bir problem yoxdur. Problem qonşu Rusiyanın Məhərrəmkənd keçid məntəqəsilə əlaqədardır.

Son iki gündə qonşu ölkənin keçid məntəqəsində enerji ilə texniki problem yaranıb. İyunun 8-dən 9-na keçən gecə keçid məntəqəsindən Rusiyaya 80 yük avtomobili buraxıldığını deyən H.Məsumov problemin tam həlli üçün rusiyalı həmkarları ilə danışıqları davam etdirildiyini deyib.

O həmçinin bildirib ki, mövsüm olduğu üçün meyvə-tərəvəz aparan yük avtomobillərinin sayının çoxluğu müşahidə olunur.

Qeyd edək ki, sərhəddə ümümulikdə 145-dən artıq avtomobil qalıb.

ANS
Source : ANS
Comment