0
Saturday 9 June 2012 - 21:19

ABŞ komandiri Əfqanıstanda dinc sakinlərin qətlə yetirilməsini etiraf etdi

Story Code : 169713
ABŞ - Əfqanıstan - NATO
ABŞ - Əfqanıstan - NATO
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, mülki şəxslərin qətlə yetirilməsi faktı ilə bağlı araşdırma üçün Əfqanıstana yollanan Can Alen bu ölkədə uşaqlar və qadınların qətlə yetirilməsinə təəssüf etdiyini bildirib.

Uyğun hadisə bir halda baş verir ki, bir sıra qərb informasiya agentlikləri ABŞ ordusunun 18 dinc sakini qətlə yetirərək yalnız bir təəssüflə kifayətlənməsini xəbər verib.

Nəzərinizə çatdıraq ki, ötən həftənin çərşənbə günü NATO qırıcıları ABŞ-ın başçılığı ilə Əfqanıstanın yerli əhali yaşadığı Luger məntəqəsini bombalamışdı. Bu hücum nəticəsində uşaq və qadınlar olmaqla 18 nəfər həlak olmuşdu.

Əfqanıstan prezidenti Hamid Kərzai bu hadisə ilə əlaqədar heç bir üzrü qəbul etmədiyini bildirərək, qətliamla bağlı araşdırma işlərinin başlanılması əmri verib.
Comment