QR CodeQR Code

İsveçrənin İrana qarşı sanksiyalara qoşulmaması ABŞ-ı özündən çıxarıb

10 Jun 2012 07:29

IslamTimes - ABŞ-ın İsveçrədəki səfiri deyib: "İsveçrənin İran neftinə tətbiq olunmuş sanksiyalara qoşulmaması Birləşmiş Ştatları naümid edib."


İranın Neft və Enerji İnformasiya Şəbəkəsi (ŞANA) ABŞ-ın Cenevrədki səfiri Donald S. Birin İsveçrənin İran neftinə qarşı sanksiyalara qoşulmadığı və Avropa Birliyinə tabe olmadığına görə üzüldüyünü xəbər verib.

"IslamTimes" "IribNews" xəbər agentliyinə istinadən bildirir ki, Donal S. Bir elan deyib: "ABŞ İsveçrənin sanksiyalara qoşulmayaraq bu sanksiyaların təsirsiz olmasına səbəb olacağını gözləmirdi."

Xatırladaq ki, 1 iyul tarixindən İran neftinə qarşı sanksiyalar qüvvəyə minəcək. Amma bu sanksiyalardan İrana qarşı olan ABŞ və digər Qərb dövlətləri daha çox zərbə görüb. Belə ki, İran neftini hazırda sanksiyalara qoşulmayan, ABŞ-la müxalif olan ölkələr daha rahat əldə edir. Bu isə ABŞ-ı çox narahat edir. Bir tərəfdən iqtisadi böhran içində olan Avropa ölkələri İran nefti olmadan daha da ağır günlər yaşayır, bir tərəfdən də ABŞ-la müxalif ölkələr neft ehtiyatını artıraraq enerji tələbatını daha rahat təmin edir.


Story Code: 169771

News Link :
https://www.islamtimes.org/az/news/169771/isveçrənin-irana-qarşı-sanksiyalara-qoşulmaması-abş-ı-özündən-çıxarıb

Islam Times
  https://www.islamtimes.org