0
Sunday 10 June 2012 - 22:52

İsrail əsgərləri Fələstin məscidinin bərpasının qarşısını alıblar

Story Code : 170051
İsrail əsgərləri Fələstin məscidinin bərpasının qarşısını alıblar
İsrail əsgərləri Fələstin məscidinin bərpasının qarşısını alıblar
Islam times.org/az/ - Şənbə günü İsrail əsgərləri Mafqara sakinlərinə keçən il dekabr ayında İsrail ordusu tərəfindən Hebron şəhərinin yaxınlığında yerləşən dağıdılmış məscidi yenidən bərpa etmələrinə icazə verməyiblər.

Ayırıcı divar və məskunlaşmaya qarşı olan ictimai təşkilatın kordinatoru Rateb əl Jabour bildirib ki, ən azı 20 hərbi maşın və cipləri Hebron şəhərinin cənubunda yerləşən Mafqaranı mühasirəyə alaraq məscidin yenidən bərpasında iştirak edən yerli sakin və sülh fəallarına qarşı zorakılıq tətbiq etmişdilər.

Məscidin tikilmə icazəsi olmadığını bildirərək məscidi sökmüşdülər. Yerli əhali isə bildirmişdir ki, məscidin tikilməsi üçün heç bir İsrail icazəsinə ehtiyac yoxdur, çünki yerli konsul buna icazə vermişdir.

Digər bir məlumatda isə bildirilir ki, şənbə günü İsrail əsgərləri ayrıcı divar və məskunlaşmaya qarşı dinc nümayiş keçirən etirazçılara qarşı hücum etmiş və yerli sakinlərlə bərabər bir neçə sülh fəallarını həbs edərək aparmışdır.
Source : Islamtimes
Comment