0
Monday 11 June 2012 - 08:54

Azərbaycan ordusunun iki zabiti minaya düşüb

Story Code : 170145
Azərbaycan - Mina - zabit
Azərbaycan - Mina - zabit
“AzeriDefence.com” saytının xəbərinə görə, məlumat bu gün saat 15:00 radələrində yayılıb.

Minaya düşmüş zabitlərdən biri hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyevdir. İ. Verdiyev minaya düşmüş hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədovu ərazidən çıxarmaq istəyərkən özü də minaya düşüb. Ilkin məlumatlara görə, onun bir qolu amputasiya olunub, bədənində çoxsaylı qəlpələr var. Yaralının bu saatlarda Bakıda Mərkəzi Kliniki Hospitala gətiriləcəyi gözlənilir.

Minaya düşmüş digər zabit Zahir Məmmədov ayağını itirib.

Xatırladaq ki, İ. Verdiyev əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb. Daha sonra Goranboydakı hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub.

Qeyd edək ki, İ. Verdiyev Türkiyədə hərbi təhsil almış ilk Azərbaycan zabitlərindəndir. O Kara Harp Okulunu bitirib. /anspress/
Comment