0
Monday 11 June 2012 - 11:06

AEBA-nın sabiq icraçı direktoru Məhəmməd əl-Baradei: “İran atom bombası istehsal etmir”

Story Code : 170184
Məhəmməd əl-Baradei
Məhəmməd əl-Baradei
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sabiq icraçı direktoru Məhəmməd əl-Baradei deyib. O bildirib ki, Tehranın nüvə proqramı yalnız diplomatik yolla həll edilməlidir: “Mən bilmirəm, İsrail İrana hücum edəcək, ya yox. Amma belə bir addım bölgə üçün ağır nəticələnər. İranın bir neçə obyektinə hücum etməklə, onların nail olduğu nüvə texnologiyasını əllərindən ala bilməzlər. Bununla, Tehranın nüvə fəaliyyətini yalnız 1-2 il təxirə salmaq mümkündür. Lakin əminəm ki, İran hərbi müdaxiləyə sərt cavab verəcək və o zaman həqiqətən atom bombası istehsal edər. Lakin hazırda İran nüvə silahı hazırlamır”.
Comment