QR CodeQR Code

Siyasi elitanın üzündə tüpürcək davası

11 Jun 2012 13:26

IslamTimes - Milli Məclisin üzvü Hüseyn Abdullayevin barəsində başlanan cinayət işinə xitam verilməsi və millət vəkili Fəzail Ağamalının barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət istintaqa təqdim edilib.


Bu barədə APA-ya Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibli məlumat verib. Onun sözlərinə görə, faktla bağlı bütün sübutlar toplanaraq istintaqa verilib. K. Nəsibli bildirib ki, hadisənin baş verməsinin səbəbkarı və təhrikçisi F. Ağamalı olduğundan döymə və xuliqanlıqla bağlı H. Abdullayevə verilən ittihamlar ona şamil edilməlidir. Vəkil H. Abdullayevin tibbi müayinəsinin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinə göndərdiyi sorğuya cavab verilmədiyini vurğulayıb…
Qeyd edək ki, parlament iclasında F. Ağamalı ilə H. Abdullayev arasında baş vermiş insident əlbəyaxa dava ilə nəticələnib. Baş Prokuror Zakir Qaralovun təqdimatı ilə Milli Məclis H. Abdullayevin deputat toxunulmazlığını ləğv edib. Onun barəsində Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) və 132-ci (döymə) maddələri ilə cinayət işi başlanılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs-qətimkan seçilmiş H. Abdullayev hazırda 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılır. Apelyasiya Məhkəməsi də onun barəsində seçilmiş həbs-qətimkan tədbirini qüvvədə saxlayıb. /APA/
Keçmişə qayıdaq. O zaman YAP-çı deputat Əli Əhmədov oldu. O, H.Abdullayevlə F.Ağamalı arasında baş verən insidenti parlamentə ləkə vuran bir hadisə kimi qiymətləndirdi: “Burada söhbət Azərbaycanın siyasi elitasının üzünə tüpürməkdən gedir. Milli Məclis bu ləkəni öz üzərindən silməyi bacarmalıdır…” Əslində isə bu hadisənin arxasında Hüseyn Abdullayevin hakimiyyəti sərt tənqidi dayanır. /HaqqYolu/


Story Code: 170246

News Link :
https://www.islamtimes.org/az/news/170246/siyasi-elitanın-üzündə-tüpürcək-davası

Islam Times
  https://www.islamtimes.org