0
Monday 11 June 2012 - 23:43

50 Şiə Müsəlman zəvvar terror hücumu nəticəsində şəhid və yaralnmışdır

Story Code : 170358
50 Şiə Müsəlman zəvvar terror hücumu nəticəsində şəhid və yaralnmışdır
50 Şiə Müsəlman zəvvar terror hücumu nəticəsində şəhid və yaralnmışdır
Islam times.org/az/ - Yerli televiziyanın verdiyi məlumata görə bazar ertəsi günü səhər saatlarında Baloçistanda sərnişin avtobusuna hücum nəticəsində 6 Şiə Müsəlman şəhid edilmiş, digər 40 nəfər isə yaralanmışdır. Yaralıların çoxunun vəziyyəti isə ağır olaraq qalır.

Hadisə Baloçistan əyalətinin cənub qərbində yerli vaxtla 9:20-də 50-dən çox sərnişin daşiyan avtobusa hücum nəticəsində baş vermişdir.

Avtobus əyalət paytaxtı olan Quettadan Noşkiyə doğru hərəkət edirdi.
İlkin məlumata görə avtobusun daxildən yoxsa xaricdən partladıldığı bilinmir.

Rəsmilər 2 nəfərin ölümünü təsdiqləyiblər. Dövlət televiziyasının verdiyi məlumata görə qadın və uşaq da daxil olmaqla 50 nəfər insane yaralanmış və 6 insan isə şəhid olmuşdur.

Polisin bildirdiyinə görə bombalı hücumun hədəfi partlayışdan 1 dəqiqə əvvəl hadisə yerindən keçən Şiə zəvvarların avtobusu olmuşdur.

Ümumiyyətlə Baloçistanda Şiə cəmiyyətinə qarşı dini ayrıseçkilik dəfələrlə müşahidə edilmiş və bunun nəticəsində xeyli insan həlak olmuşdur.
Source : Islamtimes
Comment