QR CodeQR Code

Ketrin Eşton: ““Altılıq” ölkələri Moskva görüşünə hazırdır”

12 Jun 2012 15:52

IslamTimes - “Altılıq” ölkələri İranın Bağdad görüşündə təklif etdiyi 5 maddədən ibarət təkliflər paketini müzakirə etməyə hazırdır.


APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə telefon söhbətində deyib.
O bildirib ki, “altılıq” ölkələri Moskva görüşünə tam hazırdır: “Ümid edirəm ki, Moskva müzakirələri uğurlu keçəcək və İranla “altılıq” ölkələri arasında qarşılıqlı təkliflər çərçivəsində ortaq nöqtələrdə razılıq əldə ediləcək”.


Story Code: 170584

News Link :
https://www.islamtimes.org/az/news/170584/ketrin-eşton-altılıq-ölkələri-moskva-görüşünə-hazırdır

Islam Times
  https://www.islamtimes.org