QR CodeQR Code

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin Bəyanatı!

Hicab.org , 13 Jun 2012 10:10

Islamtimes - “(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevməz!” (Bəqərə surəsi, 190)


Şəhidlərin Rəbbinin adı ilə!

“(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevməz!” (Bəqərə surəsi, 190)


Son günlər vətənimizdə 20 il işğal altında qalan müqəddəs torpaqlarımızıda, yəni düşmənlə üzbəüz cəbhədə şəhid qanları axıdılmaqdadır. Onlarla əziz qardaşımız pak və müqəddəs şəhidlik dərəcəsinə çatır. Onlar Allah dərgahında çox yüksək məqama nail olurlar və böyük feyz içindədirlər. Allah-Taala Quranda onlar haqqında buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.” (Ali-İmran, 169) Bütün bunlar vətənimizin qeyrətli cavanlarının torpaqlarımızın müdafiəsinə tam şəkildə hazır olması nişanəsidir. Vətənin hər qarış torpağını göz-bəbəyimiz kimi qorumalıyıq!

Təssüf ki, bu 20 illik fasilədə dünənə kimi başı şou-konsert proqramlarına qarışan, informasiya vasitələrində gənclərin mənəviyyatına qarşı dağıdıcı layihələr həyata keçirən iqtidarın özünün acınacaqlı vəziyyətdə olduğu göz qabağındadır.

Bir tərəfdən İslam və müsəlman vətandaşlarımıza qarşı haqsızlıqlar, digər tərəfdən ana-bacıların şəhidlərin qanı bahasına qorunmuş baş örtüyünə qarşı təxribatlar, nəhayət, bütün bu haqsızlığa qarşı çıxan mübariz din xadimlərinin, alimlərin, inancılı qardaşlarımızın haqsız olaraq, şərlənib zindanlara salınması müharibə vəziyyətində olan xalqımıza qarşı ən böyük cinayətdir.

Müdafiə Komitəsinin ali şurası bir daha ölkə daxilində gedən haqsızlıqlara qarşı etiraz edir, zindanlarından azadlığa buraxılanlara və hələ də zülm altında qalan alim, mömin və mübariz qardaşlarımıza bütün bu fədakarlıqlara görə təşəkkür edir, ölkəmizin bu ağır müharibə şəraitindən qurtuluşunu, işğal olunmuş müqəddəs torpaqların erməni və qeyri-erməni düşmənlərdən tam şəkildə azad edilməsini yalnız və yalnız İslamın cihad və müdafiə prinsipləri sayəsində mümkün sayır.

Bü gün iqtidar özünə gəlməli və 20 illik qəflət yuxusundan ayılnalı, zindanlara atdığı şücaətli, qeyrətli, namuslu alim və mübarizləri azadlığa buraxmalı, ölkəmizin gənclərinin İslama, vətənə sevgi ruhiyyəsində tərbiyə olunmasından ötrü şərait yaratmalıdır! Bir daha təkid edirik ki, vətənin işğaldan azad olunması yalnız “Allahu Əkbər” və Kərbəla məntiqi ilə mümkündür! Allah-Taaladan bu yolda müsəlman xalqımıza uğurlar arzulayırıq!

HHQM MK-nın mətbuat xidməti

2012-06-12


Story Code: 170832

News Link :
https://www.islamtimes.org/az/news/170832/hicab-və-qadağası-məhbuslarını-müdafiə-komitəsinin-bəyanatı

Islam Times
  https://www.islamtimes.org