QR CodeQR Code

Azərbaycan parlamenti prezidentə və həyat yoldaşına ömürlük toxunulmazlıq verir

Islamtimes , 13 Jun 2012 11:43

Islamtimes - Hökumət əleyhdarları Əliyevi və onun ailəsini xalqın malını mənimsəyərək külli miqdarda sərvət toplamaqda ittiham edirlər.


islamtimes.org/az/ - Azərbaycan parlamenti prezident islamtimes.org/az/ - İlham Əliyev və həyat yoldaşına hakimiyyətdə olan müddətdə edilən bütün cinayət əməllərində ömürlük toxunulmazlıq haqqı verib.

Çərşənbə axşamı günü qüvvəyə minən qanun həmçinin keçmiş prezidentlərə də aid edilir və beləliklə də ölkənin birinci prezidenti Ayaz Mütəllibovun ölkəyə qayıtmasına şərait yaradır.

Mütəllibov halhazırda Moskvada yaşayır və Azərbaycanda bir neçə cinayət hadisələrində ittiham edilir.

Deputat Əli Hüseynov bildirib ki, yeni qəbul edilmiş qanun ölkənin demokratik inkişafının göstəricisidir.

Hökumət əleyhdarları Əliyevi və onun ailəsini xalqın malını mənimsəyərək külli miqdarda sərvət toplamaqda ittiham edirlər.
Bu iddiaları araşdırmaq istəyən jurnalistlər isə dəfələrlə hökumət tərəfindən ciddi təziqlərə məruz qalıblar.


Story Code: 170877

News Link :
https://www.islamtimes.org/az/news/170877/azərbaycan-parlamenti-prezidentə-və-həyat-yoldaşına-ömürlük-toxunulmazlıq-verir

Islam Times
  https://www.islamtimes.org