0
Wednesday 13 June 2012 - 11:50

Milli məclisdə zibilqabı müzakirəsi

Story Code : 170881
Milli məclisdə zibilqabı müzakirəsi
Milli məclisdə zibilqabı müzakirəsi
Islam times.org/az/ - Bugün Milli Məclisin növbədən kənar sessiyasında bir sıra məsələlərə toxunulub və müvafiq qərarlar verilib.

Sözügedən məsələlərdən biri də zibilqabıların qoyulması, zibili yerə tökənlərin cərimələnməsi məsələsi idi. Əlbəttə, məsələ özü-özlüyündə elə ikrah yaratmır. Amma onu digər mühüm məsələlər müstəvisinə çıxarıb həllinə çalışmaq və daha mühüm məsələləri işıqlandırmamaq insanda ikrah hissi yaradır. Xalqın başqa dərdi yoxdurmu?

Niyə dindar təbəqədən, müxalifətdən olan fəallar iyrənc böhtanlarla həbs edilir? Niyə hər şey sürətlə bahalaşdığı halda maaşlar, təqaüdlərdə cüzi artım müşahidə olunur? Niyə əsgərlərimiz atəşkəs vaxtı şəhid olur? Belə məsələlər həddən çoxdur. Xalqın yaralı tərəfləri bunlardır. Niyə bu mövzular müzakirə obyekti olmur? Cavabı vicdanının səsinə qulaq asanlar artıq tapmışdır.

Məlum olur ki, Milli Məclisdəkilərin dərdi xalqdan daha artıq “qoparmaq”dır. Xalqın nümayəndələri, millət vəkilləri kimi tanınan şəxslər heç də xalqı yox, şəxsi mənfəət və kariyelarını düşünür və ona xidmət edirlər.

ISLAMTIMES - ORXAN
Source : Islamtimes
Comment