0
Wednesday 13 June 2012 - 11:56

Əfşar Süleymani onu tənqid edənlərə cavab verdi

Story Code : 170882
Əfşar Süleymani onu tənqid edənlərə cavab verdi
Əfşar Süleymani onu tənqid edənlərə cavab verdi
““Qafqazinfo”da mənim müsahibəm dərc olandan sonra bəziləri mənim fikrimi və təkliflərimi dəstəklədilər, bəziləri isə heç mənim söylədiklərim deyil, özümü tənqid etdilər ki, guya mənim nə haqqım var ki, Azərbaycan haqqında danışam!”. Bunu “Qafqazinfo”ya göndərdiyi açıqlamada İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani göndərdiyi açıqlamada deyib. O, bildirib ki, İranda azərbaycanlıların 35 milyon olması ilə bağlı dəfələrlə fikir bildirilib və Azərbaycan Respublikası onların da vətəni sayılır: “Eləcə də 9 milyon azərbaycanlılar bizim haqqımızda (35 milyon İran azərbaycanlısı ya siz demişkən Cənubi Azərbaycan) danışırlarsa bizdə bu 9 milyonun haqqında danışmalıyıq. Mən də onların birisiyəm. Özü də biz daha çox danışmalıyıq, çünki biz 4 qat burdakılardan çoxluq. Təbii ki bacarıqlı, müstəqil, öz mənafeyin yox xalqlın mənafeyin düşünən və ona ziyan vurmayan, ziyalı, savadlı, düz, təmiz və cəsarətli azərbaycanlılar Azərbaycan haqqında danışmalı və çalışmalıdırlar.

İndi gələk İran-Ermənistan əlaqələrinə. Mən hökumət məmuru deyiləm və bu münasibətin tərəfdarı deyiləm. Azərbaycanlılarla birlikdə ermənilərlə müharibəyə getməyə hazıram. Bu sözü 95-96-cı illərdə də İranın Azərbaycanda müvəqqəti işlər vəkili olduğum zaman da demişdim, səfir olan vaxtda da dedim, indi də deyirəm. Amma bunu da deyirəm ki, Rusiya Ermənistanın əsas yardımçısı və Azərbaycan ərazisinin işğalında da əsas rolu olan oyunçudur. Fransa və Amerikada ruslarla bərabər 20 ildir dolayısı ilə, yaxud birbaşa Ermənistanın yanındadırlar və Azərbaycanın torpaqlarını qaytarmaq istəmirlər. Bəs niyə onlara qarşı mitinq, piket keçirilmir? Düz demirəm?

Əziz qardaşlarım və bacılarım mənim! Heç kimi və heç bir şeyi müzakirə etməyin vaxtı deyil. Əsas müzakirə mövzusu budur ki, Qarabağı və digər işğal olunmuş əraziləri necə azad etməliyik? Məncə öndə qaçqınlar və məcburi köçkünlər və onların ardınca da digər azərbaycanlılar yola düşüb oraya getməlidirlər. Qadınlar, uşaqlar və qocalarda Bakıda Rusiya, Amerika, Fransa və İran səfirliyinin qarşısında oturmalıdırlar və onlara deməlidirlər ki, torpaqlarımızın azad olunmasına yardım etməyənə qədər buradan getməyəcəyik. Bu işlər hərbi gücü artırmaqla yanaşı Azərbaycan dövlətinə və dövlətçiliyinə böyük bir dayaq olaraq sülh danışıqlarında Azərbaycanın mənafeyi və ərazi bütövlüyü istiqamətində çox önəmli rol oynaya biləcək imkana malikdir.

Təbii ki, bunları etmək üçün Azərbaycan dostlarını artırmalıdır. Qonşu və müsəlman ölkələrlə daha yaxın və mehriban əlaqələr yaratmalıdır. İranla elə bir münasibət qurmalıdır ki, İranı Ermənistandan uzaqlaşdırsın və bir vəziyyətə gətirib çıxarmalıdır ki, İran Ermənistandan Azərbaycanın xeyrinə nələrsə tələb etsin. Amma qəbul edək ki, əgər Azərbaycan Respublikasında İranın ərazi bütövlüyünə toxunularsa, Tehran-İrəvan əlaqələri güclənər və bu Azərbaycanın xeyrinə olmaz. Əlbəttə İranda da kimlərsə Azərbaycanın daxili işinə qarışmamalıdır. Hər zamanda iki ölkənin bir-birinə qarşı nə sözü olsa qardaşlıq atmosferində bir-birinə deməli və problemlərin həlli yolların tapmalıdırlar. Belə olan halda başqa qüvvələrin deyil, iki ölkənin və xalqın mənafeyi təmin olunar.

Beləliklə, İran milləti də (bütün İranda yaşayan xalqlar özəlliklə azərilər) Azərbaycan respublikasının və millətinin yardımçısı ola bilərlər. Belə olan halda İran və Azərbaycan xalqı piyada gedib Qarabağı və digər işğal olunmuş əraziləri düşmən əlindən ala bilərlər. İndi baxın görün bu lobbi güclüdür, ya erməni lobbisi. Minsk qrupu və başqa ölkələr də bu gücü görən zaman Azərbaycan xalqının və dövlətinin sözünü eşidər. Amerika 907-ni ləğv edər və Azərbaycanın xeyrinə nələrsə edər, etməsə də az maneələr yaradar, Rusiya bir az çox düşünər ki, at oynatmağın vaxtı bitib (onsuz da demokratiya Rusiyaya gəlsə regionda çox problemlər həllini tapacaq, rus xalqı da tərpənib inşallah işıqlı yolu tapar), Fransa və başqaları da düşünər ki, nə etməlidir. Bunlardan önəmlisi ermənilər anlar ki”.

Uzun sözün qısası, hər halda mən Azərbaycanı da İran kimi özümə vətən bilirəm və ona kömək etmək üçün həmişə əlimdən gələni etməyə hazıram. Amma o bəziləri ki, mənim Azərbaycan haqqında danışmağıma qarşı çıxırlar onlara demək istəyirəm ki, nə zamana qədər ki, Azərbaycan Respublikasında İran azərilərilə bağlı danışılırsa və yazılırsa bizim də hamımızın Azərbaycan Respublikası ilə bağlı danışaq və yazaq.

Bir cümlədə bəzilərinə xatırladım ki, dünya rabitə və internet dünyasıdır, hər yerə, hansı ölkə də yaşamağından asılı olmayaraq hər ölkənin KİV-də yazıb və müsahibə verə bilərsən. O ölkədə yaşamaq lazım deyil. Mən də çox vaxtlar uzaqdan müsahibə verirəm, yaxud məqalə yazıram. Bu qədər inciməsin o bəzilər! Yaxşı ki, Bakıya gələndə onların evində yeyib-içib yatmıram! Gör onda nələr olardı?

Sonda hamını və özümü Allahı və xalqın mənafeyini nəzərə alaraq söz azadlığını qorumağa, iftira atmamağa, təhqir etməməyə, düzgün, tərbiyəli və məntiqli yanaşmaya dəvət edirəm”.
Comment