QR CodeQR Code

Rasmussen Suriyaya hərbi müdaxiləyə qarşı çıxdı

XezerXeber , 13 Jun 2012 14:30

IslamTimes - NATO-nun baş katibi Andres Foq Rasmussen çərşənbə günü bildirib ki, Suriyaya hərbi müdaxilə böhranı həll etmək üçün “yaxşı üsul deyil”


“Hazırda NATO-nun Suriyada əməliyyat aparması barədə heç bir plan yoxdur”, - Avstraliyanın Kanberra şəhərindəki mətbuat konfransı zamanı Rasmussen deyib.

RİA “Novosti”nin verdiyi xəbərə görə, dünən Böyük Britaniya xarici işlər naziri Uilyam Heyq bildirib ki, rəsmi London Liviyaya xarici hərbi müdaxilə ilə münaqişənin həll olunması ssenarisinin Suriyada da təkrarlanmasını mümkün hesab etmir. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Suriya məsələsini sülh yolu ilə həll etmək niyyətindədir. /SalamNews/


Story Code: 170905

News Link :
https://www.islamtimes.org/az/news/170905/rasmussen-suriyaya-hərbi-müdaxiləyə-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org