QR CodeQR Code

İsrailin İran nüvə obyektlərinə hücum etməyə cəsarət və gücü çatmaz

Islamtimes , 13 Jun 2012 20:47

Islamtimes - İran rəsmisi İsrail rejiminin İran nüvə obyektlərinə hücumu ilə bağlı təhdidlərinə istehza ilə gülərək deyib ki, İsrailin bu cür hərəkət etməsinə nə gücü var, nə də ki cəsarəti.


islamtimes.org/az/ - İslam İnqilabının Rəhbəri Ayətullah Əl üzma Seyyid Əli Xameneinin baş məsləhətçisi Əli Əkbər Vilayəti Livanın Əl Cumhuriyyə qəzetinə müsahibəsində deyib: “İsrail və yaxud da hər hansı bir başqa ölkə İrana qarşı hücuma keçmək iqtidarında deyil, çünki İran regionda güclü dövlətdir.”

O əlavə edərək deyib: “Əgər hər bir kəs bu cür “dəlilik” etmək qərarına gələrsə, bu zaman İran ona unudulmaz dərs verəcək.

ABŞ və İsrail dəfələrlə Tehranı nüvə proqramından əl çəkməyəcəyi təqdirdə hərbi hücumla hədələmişdilər.

İran isə Qərbin bu ittihamını rədd edərək bildirib ki, Nüvə Yayılmama Müqaviləsini imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olaraq dinc məqsədlər üçün nüvə enerjisinə sahib olmaq haqqı var.


Story Code: 170975

News Link :
https://www.islamtimes.org/az/news/170975/israilin-iran-nüvə-obyektlərinə-hücum-etməyə-cəsarət-və-gücü-çatmaz

Islam Times
  https://www.islamtimes.org