QR CodeQR Code

Lavrov Klintonun Rusiyadan Suriyaya hərbi vertolyot satışı iddiasını təkzib etdi

13 Jun 2012 23:29

IslamTimes - Rusiya xarici işlər naziri Serqey Lavrov ABŞ-lı həmkarı Hillari Klintonun Moskvanın Suriyaya hərbi vertolyotlar verdiyi istiqamətindəki iddialarını təkzib edib.


İran paytaxtı Tehranda açıqlama verən Lavrov bildirib: "Bir neçə gün əvvəl Moskvada təşkil etdiyim mətbuat konfransında da ifadə etdim. Biz daha əvvəl imzaladığımız və pulu ödənmiş müqavilələri bitirmək üzrəyik. Bütün bu müqavilələr yalnız havadan müdafiə sistemiylə əlaqədardır". (CHA) H.Klintonun sözügedən açıqlamasına da toxunan Lavrov deyib: "Diqqətinizə çatdırmaq istəyirəm ki, Klintonun açıqlamasından sonra Pentaqonun rəsmi katib ABŞ Müdafiə Nazirliyinin belə bir məlumata malik olmadığını açıqlayıb".
Rusiya xarici işlər naziri Suriyaya dair silah satışı ilə əlaqədar hər hansı bir beynəlxalq hüququ pozmadıqlarına işarə edərək qeyd edib: "Biz Amerikadan fərqli olaraq, nə Suriya, nə də hər hansı bir yerə vətəndaş etirazlarına qarşı istifadə edilən şeylər göndərmirik. ABŞ Suriyaya davamlı xüsusi vasitələr göndərir. Bu yaxınlarda Bəsrə Körfəzi ölkələrindən birinə silah satışları həyata keçirildi. Amma nədənsə amerikalılar bunu adi bir hal kimi görür".
Rus nazir Moskvanın Suriyaya kənardan hərbi hücum ehtimalı zamanı ehtiyacı olan müdafiə silahlarını satdığını açıqlayıb.


Story Code: 171025

News Link :
https://www.islamtimes.org/az/news/171025/lavrov-klintonun-rusiyadan-suriyaya-hərbi-vertolyot-satışı-iddiasını-təkzib-etdi

Islam Times
  https://www.islamtimes.org