QR CodeQR Code

Tunisin keçmiş prezident ömürlük azadlıqdan məhrum edilib

apa , 14 Jun 2012 06:34

IslamTimes - Tunis hərbi məhkəməsi 2011-ci ilin yanvarında baş vermiş inqilabdan sonra ölkədən qaçmış keçmiş prezident Zeynalabdin Ben Əlini ömürlük həbs cəzasına məhkum edib.


Bu, keçmiş prezident barəsində çıxarılmış ilk hökm deyil. Onu artıq müxtəlif cinayətlərə görə 16 ildən 35 ilədək azadlıqdan məhrum ediblər.

Budəfəki hökm inqilab zamanı 300-dən artıq nümayişçinin qətlində iştirak ittihamına əsasən çıxarılıb. Eyni ittiham üzrə günahlandırılan keçmiş daxili işlər naziri Rafiq Belhac Qacım 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2011-ci ilin yanvarında baş vermiş inqilab prezident Zeynalabdin Ben Əlinin Səudiyyə Ərəbistanına qaçması ilə nəticələnib. İnqilab zamanı bir neçə yüz nəfər öldürülüb, 2 mindən çox insan isə yaralanıb.


Story Code: 171090

News Link :
https://www.islamtimes.org/az/news/171090/tunisin-keçmiş-prezident-ömürlük-azadlıqdan-məhrum-edilib

Islam Times
  https://www.islamtimes.org