QR CodeQR Code

Sergey Lavrov: “Biz ABŞ-dan fərqli olaraq Suriyaya dinc əhaliyə qarşı istifadə edilən silah göndərmirik”

14 Jun 2012 11:07

IslmTimes - Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Hillari Klintonun Rusiyanın Suriya hökumətinə hərbi vertolyotlar satması ilə bağlı iddialarını təkzib edib.


İranın paytaxtı Tehranda səfərdə olan Sergey Lavrov Rusiyanın Suriyaya bir müddət öncə imzaladıqları müqaviləyə əsasən hava hücumundan müdafiə sistemləri satdıqlarını söyləyib: “Keçən həftə Moskvada keçirdiyim brifinqdə bu barədə söyləmişdim. İndi də təkrar edirəm. Rusiya Suriyaya heç bir silah satmayıb. Xanım Klintonun söylədiklərinin ardından Pentaqon rəsmisi bu barədə heç bir məlumata sahib olmadıqları açıqlamasını verib. Biz ABŞ-dan fərqli olaraq Suriyaya dinc əhaliyə qarşı istifadə edilən silah göndərmirik. ABŞ bölgəyə müntəzəm olaraq xüsusi hərbi avtomobillər göndərir. Amma nədənsə ABŞ bunu nəzərə almır”. /Deyerler/


Story Code: 171141

News Link :
https://www.islamtimes.org/az/news/171141/sergey-lavrov-biz-abş-dan-fərqli-olaraq-suriyaya-dinc-əhaliyə-qarşı-istifadə-edilən-silah-göndərmirik

Islam Times
  https://www.islamtimes.org