QR CodeQR Code

Almaniya “İranla “altılıq” ölkələri arasında anlaşma əldə ediləcəyinə ümid edir

15 Jun 2012 16:58

IslamTimes - “Altılıq” ölkələri ilə İran arasında ziddiyyətlərin aradan qaldırılması üçün uyğun şərait var”. APA-nın məlumatına görə, bunu Əfqanıstanda səfərdə olan Almaniyanın xarici işlər naziri Gido Vestervelle deyib.


Kabildə iranlı həmkarı Əli Əkbər Salehi ilə görüşən G. Vestervelle bildirib ki, Moskva görüşündə tərəflər arasında ixtilafların həll ediləcəyinə son dərəcə optimist yanaşır: “Ümid edirəm ki, İranla “altılıq” ölkələri arasında keçiriləcək növbəti görüşdə müsbət nəticə əldə ediləcək”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti görüş iyunun 18-19-da Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək.


Story Code: 171483

News Link :
https://www.islamtimes.org/az/news/171483/almaniya-iranla-altılıq-ölkələri-arasında-anlaşma-əldə-ediləcəyinə-ümid-edir

Islam Times
  https://www.islamtimes.org