QR CodeQR Code

Əsgərlərimiz bir-birini vurdu

15 Jun 2012 17:02

IslamTimes - Müdafiə Nazirliyi Qazax rayonunda yerləşən «N» saylı hərbi hissəsində iki əsgərin ölümü ilə nəticələnən insidentlə bağlı məlumat yayıb.


Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya bildirib ki, ilkin araşdırmaya görə, əsgər Vüsal Nəbiyevin tabeliyində olan silahdan açılan atəş nəticəsində əsgər yoldaşı Məcnun Qarazadə ölüb. Bundan sonra əsgər Vüsal Nəbiyev intihar edib.

Faktla bağlı cinayət işi başlanıb.

Məcnun Qarazadə İmişli, Vüsal Nəbiyev isə Hacıqabul rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.


Story Code: 171487

News Link :
https://www.islamtimes.org/az/news/171487/əsgərlərimiz-bir-birini-vurdu

Islam Times
  https://www.islamtimes.org