0
Friday 15 June 2012 - 17:33

Haque Suriya münaqişəsinin həllində İranın əhəmiyyətini vurğulayıb

Story Code : 171494
Haque Suriya münaqişəsinin həllində İranın əhəmiyyətini vurğulayıb
Haque Suriya münaqişəsinin həllində İranın əhəmiyyətini vurğulayıb
Britaniya xarici işlər naziri Villiam Haque İranın regionda olan əhəmiyyətini önə çəkərək İrandan BMT Ərəb Liqası sülh nümayəndəsi Kofi Annanın Suriyada sülh planını həyata keçirməkdə kömək etməsini xahiş edib.
Kabulda Əfqanıstanın gələcəyi ilə bağlı təşkil edilmiş beynəlxalq konfransda İran xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşən Haque İrandan öz regional gücündən istifadə edərək Annanın sülh planının həyata keçirilməsində kömək etməsini xahiş edib.
Qeyd edək ki, hələ bu ayın əvvəlində Haque beynəlxalq sülh nümayəndəsi Kofi Annanın Suriyadakı münaqişəni həll etməkdə İranın əhəmiyyətli rolu olduğunu bildirməsinə qarşı çıxmışdır.
7 iyunda BMT Baş Assambleyasında Annan sülh planının həyata keçirilməsi üçün dünya dövlətlərindən və region güclərindən ibarət “əlaqə qrupunun” yaradılmasını təklif edərək demişdir: “Regionun güclü və mühüm dövltlərindən biri olan İran həll yolunun tərkib hissəsi ola bilər.”
Haque Annanın təklifinə qarşı çıxaraq bildirmişdir ki, İranın bu münaqişəni həll etməkdə rolunun olması şübhəli məsələdir.
Buna baxmayaraq İran xarici işlər naziri ilə görüşündə Haque sözünü geri götürərək İrandan sülh planını həyata keçirmək üçün kömək etməsini xahiş etmiş və demişdir ki, İran Suriyada sülh planının həyata keçirilməsi üçün öz regional gücündən istifadə etsin.
Comment