QR CodeQR Code

İran Avropa Birliyinə yüksək neft qiyməti ilə xəbərdarlıq edib

15 Jun 2012 17:34

IslamTimes - İran neft naziri Rustəm Qasimi Avropa Birliyini xəbərdarlıq edərək deyib ki, Avropa vətəndaşları İslam Respublikasının neftinə qarşı qoyulan sanksiyadan xeyli əziyyət çəkəcəklər.


Vyanada keçirilən OPEC-in konfransı zamanı jurnalistlərə müsahibəsində Qasimi deyib: “İrana sanksiyalar tətbiq etməmişdən əvvəldə, indi də biz Avropa ölkələrinə xəbərdarlıq edərək demişdik ki, onlar özləri bu sanksiyalardan əziyyət çəkəcəklər və çox təəssüflər olsun ki, Avropa xalqı hal-hazırda təzyiq altında yaşayır.”
23 yanvarda Avropa Birliyi İranın neft və maliyyə sahəsinə yeni sanksiyalar tətbiq edib. İyulun 1-də qüvvəyə minəcək sanksiyalar Avropa Birliyinin üzv ölkələrini İrandan xammal almaq və ya ölkənin Mərkəzi Bankı ilə pul əməliyyatları aparmağı qadağan edir.
O əlavə edərək deyib: “Biz dəfələrlə demişik ki, beynəlxalq bazarda İran neftinin azalması ölkələrə mənfi təsir göstərəcək və bazarda vəziyyəti gərginləşdirəcək.”
Qasimi həmçinin xəbərdarlıq edərək deyib ki, OPEC-in ikinci ən böyük neft istehsalçısı olan İrana qarşı sanksiyalar neft bazarında çaşqınlıq yaradacaq və qlobal iqtisadiyyata zərbə vuracaq.
ABŞ və Avropa Birliyinin İrana qarşı neft embarqosu və yeni maliyyə sanksiyaları heç bir sübut və dəlilə əsaslanmadan İranın nüvə enerjisini hərbi məqsədlər üçün istifadə edə biləcəyini bəhanə gətirərək tətbiq edilmişdir.

http://presstv.com/detail/2012/06/15/246265/iran-warns-eu-oil-boycott/


Story Code: 171495

News Link :
https://www.islamtimes.org/az/news/171495/iran-avropa-birliyinə-yüksək-neft-qiyməti-ilə-xəbərdarlıq-edib

Islam Times
  https://www.islamtimes.org