QR CodeQR Code

Rusiya ABŞ-ın raket əleyhinə müdafiə sisteminə lazımi reaksiya verəcəyini deyib

15 Jun 2012 17:36

IslamTimes - Rusiya prezidenti Vladimir Putin söz verərək deyib ki, onlar Rusiyanın nüvə fəaliyyətini məhdudlaşdıran ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemini qurmaq planına qarşı lazımi cavab verəcəklər.


O cümə axşamı günü ölkənin cənubunda yerləşən hava bazasında çalışan xidmətçilər qarşısında çıxışı zamanı deyib: “Yaxşı olardı ki, bizim müttəfiqlərimiz bu işi görməyərdilər, çünki bu iş bizim nüvə qabiliyyətlərimizi məhdudlaşdıracaq və bunun da müqabilində biz lazımi tədbirlər görməli olacağıq.”
Rusiya prezidenti həmçinin deyib ki, Amerikalılar bu planı başqa cür təsvir etmək istəsələr də əslində bu plandan məqsəd silah yarışıdır.
Putin qeyd edərək deyib ki, Rusiyanın lazımi cavab vermək üçün hər cür bacarığı var.
O bu açıqlamanı prezident kürsüsünə əyləşdikdən sonra ABŞ prezidenti Barak Obama ilə ilk dəfə görüşməyə hazırlaşdığı vaxt deyib. Hər iki tərəf gələn həftə Meksikada Böyük 20-liklərin iclasında görüşəcəklər.
Moskva dəfələrlə bu sistemə etiraz etmiş və bildirmişdir ki, quraşdırılan bu sistemdən məqsəd Vaşinqtonun Avropalı müttəfiqlərinin təhlükəsizliyini qorumaq deyil, əksinə Rusiyaya qarşı yönəlib.


Story Code: 171499

News Link :
https://www.islamtimes.org/az/news/171499/rusiya-abş-ın-raket-əleyhinə-müdafiə-sisteminə-lazımi-reaksiya-verəcəyini-deyib

Islam Times
  https://www.islamtimes.org