0
Saturday 16 June 2012 - 10:47

Putin ABŞ-a hədə-qorxu gəldi

Story Code : 171691
Putin ABŞ-a hədə-qorxu gəldi
Putin ABŞ-a hədə-qorxu gəldi
Rusiyanın Amerika Birləşmiş Ştatlarının Avropada Raket-əleyhinə Müdafiə Sistemini yerləşdirməsinə adekvat reaksiya vermək üçün bütün imkanları var. Lakin Moskva amerikalı müttəfiqlərin işi cavab reaksiyasına gətirib çıxarmamasına üstünlük verərdi. Bunu Rusiya prezidenti Vladimir Putin Krasnodarda 393-cü aviabazanın hərbçiləri ilə görüşündə bəyan edib.

Putin vurğulayıb ki, "Amerika nümayəndələri hansı terminlərlə əməliyyat həyata keçirirlərsə-keçirsinlər, Avropa Raket-əleyhinə Müdafiə Sisteminin elementləri silahlanma yarışının elementləridir".

O, Rusiya üçün yarana biləcək təhlükələrə adekvat reaksiyalar sırasında dövlət müdafiə sifarişinin yerinə yetirilməsini göstərib. "Biz tam dəqiqliklə, vaxtında, lazımi keyfiyyətlə və münasib qiymətlərlə dövlət müdafiə sifarişlərini yerinə yetirməliyik - bunu etsək, bizim üçün elə bir təhlükə olmayacaq" - Rusiya prezidenti belə deyib.

Xatırladaq ki, daha əvvəl də Vladimir Putin Fransa prezidenti Fransua Ollandla görüşündə Avropada Raket-əleyhinə Müdafiə Sisteminin yerləşdirməsinə dair Rusiyanın mövqeyini bir daha təkrar etmiş, amerikalı və avropalı müttəfiqləri dialoqa çağırmışdı.
Comment