QR CodeQR Code

İsrail Qəzza zolağının blokadasını dayandırmalıdır

16 Jun 2012 11:53

IslamTimes - BMT İsraili Qəzza zolağının blokadasını dayandırmağa çağırıb


İsrail Qəzza zolağının blokadasını dərhal dayandırmalıdır, çünki 500 min fələstinlinin həyatı dözülməz həddə çatıb.

İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirke bildirib.

Bununla yanaşı Nesirke blokadanın yüngülləşdirilməsi məqsədi ilə Tel-Əviv tərəfindən qəbul edilən tədbirlərin yetərli olmadığını bildirib. Onun sözlərinə görə, İsrail insanların Qəzzaya sərbəst daxil olmasına icazə verməli və ilk növbədə tikinti materiallarının idxalını liberallaşdırmalıdır.

Qəzza sektoru İsrail tərəfindən 2007-ci ildə blokada olunub. Bu sakinlər arasında həyat səviyyəsinin aşağı enməsi, işsizliyin və yoxsulluğun artmasına gətirib çıxarıb. Paltar, qida məhsulları, tibbi vəsaitlər, tikinti materialları - bütün bunları fələstinlilər Qəzzaya “həyat yolu” adı ilə tanınan yeraltı tunellər vasitəsi ilə ötürmək məcburiyyətindədirlər. Bu tunellər tez-tez İsrail hərbi qüvvələrinin hədəfinə çevrilir.

2009-cu ildə BMT Təhlükəsizlik Şurası İsrailin Qəzzada atışmanı dayandırmasını və ərzaq, yanacaq, tibbi vasitələrin təchizatı üçün nəqliyyat dəhlizlərinin aşılmasını tələb edən qətnamə qəbul edib. Qətnamə həmçinin dinc fələstin xalqına qarşı yönəldilmiş bütün zorakılıq hallarını pisləyib.


Story Code: 171704

News Link :
https://www.islamtimes.org/az/news/171704/israil-qəzza-zolağının-blokadasını-dayandırmalıdır

Islam Times
  https://www.islamtimes.org