0
Sunday 17 June 2012 - 09:41

Sergey Ryabkov: “Rusiya Avropa Birliyinin iyulun 1-dən İrandan neft idxalına sanksiya tətbiq etməsinə qarşıdır”

Story Code : 171918
Sergey Ryabkov
Sergey Ryabkov
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, Avropa Birliyinin bununla bağlı qərarını yenidən nəzərdən keçirmək istəməsi halında Moskva da bu qərarı məmnuniyyətlə qarşılayacaq: “Gerçəkdə biz Avropa Birliyinin İrandan neft idxalına qarşı sanksiya tətbiq etməsinin əleyhinəyik. Təbii ki, belə bir sanksiyanın tətbiq olunub-olunmaması məsələsi Avropa Birliyinə üzv ölkələrə aid məsələdir. Lakin biz Avropa Birliyinin belə bir sanksiya tətbiqindən imtina etməsini də məmnuniyyətlə qarşılayarıq”.
Comment