0
Sunday 17 June 2012 - 12:59

Rəcəb ayının 27-ci gününün əməlləri

Story Code : 172020
Rəcəb ayının 27-ci gününün əməlləri
Rəcəb ayının 27-ci gününün əməlləri
1. Qüsl almaq.

2. Oruc tutmaq. Bu günün orucu ildə ən savablı dörd gündən biridir. İmam Sadiqdən (ə) nəql olunur ki, kim rəcəb ayının 27-ci günü oruc tutsa, Allah onun üçün 70 ilin orucunu yazar.

3. Çoxlu salavat göndərmək. İmam Sadiq (ə) bu günü oruc tutmaq və Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərməyi tövsiyə edib.

4. Rəsulullahı (s) və Hz. Əli (ə) ziyarət etmək.

5. On iki rükət namaz (hər iki rəkətdən bir salam verilir). Hər iki rükətdən bir verilən salamlardan sonra "Həmd", "Fələq", "Nas" surələrini dörd dəfə, daha sonra isə dörd dəfə, لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ (La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim), sonra da اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً (Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a) və لا اُشْرِکُ بِرَبّى اَحَـداً (La uşriku bi Rəbbi əhəda) zikirlərinin hərəsini dörd dəfə oxumaq lazımdır.


Namaz və duanı qurtardıqdan sonra "Həmd", "İxlas", "Fələq", "Nas", "Kafirun", "Qədr", "Ayətəl-kürsi"ni yeddi dəfə, "La ilahə illəllahu vəllahu əkbəru və subhanəllahi və la həvlə və la quvvətə illa billah" zikrini yeddi dəfə, "Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a" zikrini yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.

Hazırladı: Emin NASİR
Source : deyerler
Comment