0
Sunday 17 June 2012 - 19:45

Türkiyənin xarici işlər naziri Qərbin İranın nüvə proqramı ilə bağlı ikili standartını tənqid edib

Story Code : 172120
İran - Türkiyə
İran - Türkiyə
APA-nın İRİB-ə istinadən məlumatına görə, Qərbin İranın nüvə proqramı ilə bağlı ikili standartını tənqid edən Ə. Davudoğlu bildirib ki, Orta Şərq kütləvi qırğın silahlarından təmizlənməlidir: “Orta Şərqdə böyük çətinliklər var və bir dəyişmə müddəti yaşanır. Belə bir dövrdə Orta Şərqdə nüvə silahının olmasını istəmirik”.

Onun sözlərinə görə, İstanbulda İranın nüvə proqramı ilə bağlı yeni bir müzakirə başlayıb: “Bağdadda ikinci yığıncaq təşkil edildi. Nüvə silahına sahib olan ölkələrin nüvə fəaliyyətləri həyata keçirən bir ölkəyə qarşı yürütdükləri siyasətin özü də sorğu-sual olunmalıdır. İyunun 18-19-da İranla “altılıq” ölkələri arasında Moskvada keçiriləcək nüvə müzakirələri ədalətli çərçivədə təşkil edilməli və konkret nəticələr əldə olunmalıdır”.
Comment