QR CodeQR Code

Xamenei 871 məhkumu əfv edib

17 Jun 2012 20:38

IslamTimes - İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei, Məbəs bayramı münasibəti ilə 871 məhkumun əfv edilməsinə dair fərman imzalayıb


XezerXeber-in İran mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə rəsmi məlumatı İslam İnqilabı rəhbərinin ofisi yayıb.

Bildirilir ki, ölkənin baş qazisi Ayətullah Amuli Laricani Həzrət Məhəmmədə (s) peyğəmbərlik verilən gün – "Məbəs bayramı" ilə əlaqədar bir qrup məhkumun əfv olunması barədə Ayətullah Xameneiyə müraciət edib.

İranın Ali lideri 871 məhbusun əfv olunmasına dair fərman verib.


Story Code: 172129

News Link :
https://www.islamtimes.org/az/news/172129/xamenei-871-məhkumu-əfv-edib

Islam Times
  https://www.islamtimes.org