0
Monday 18 June 2012 - 16:42

İran nüvə alimlərin qətlində əli olan 20 nəfəri həbs edib

Story Code : 172337
İran nüvə alimlərin qətlində əli olan 20 nəfəri həbs edib
İran nüvə alimlərin qətlində əli olan 20 nəfəri həbs edib
Islam times.org/az/ - Moslehi bazar günü jurnalistlərə müsahibə verərək deyib ki, həbslər iki terrorist qrupların aşkarlanması və ölkə boyu aparılmış əməliyyatlar nəticəsində edilmişdir.

O əlavə edərək deyib ki, gələcəkdə bu hadisə haqda ətraflı məlumat ictimaiyyətə çatdırılacaq.

14 iyunda İran Kəşfiyyat Nazirliyi açıqlama verərək deyib ki, onlar İran nüvə ekspertlərinin qətlində əli olan əsas şəxsləri həbs ediblər.

Həmin gün nazirlik həmçinin açıqlama verərək bildirib: “Məcid Şəhriyari (Zəncanlı), Mustafa Əhmədi Röşən (iki nüvə alimi) və Rza Qaşqayini (sürücü) qətlə yetirən əsas şəxslər nazirliyin apardığı müxtəlif tipli əməliyyatlar nəticəsində aşkar edilərək həbs edilmiş və həbsxanaya göndərilmişdilər.”

Hesabatda həmçinin xatırladılır ki, 2010-cu ildə İranın ilk şəhid edilən nüvə aliminin qatillərinin aşkarlanmasında aparılan mütəmadi əməliyyatlar nəticəsində xeyli İsrail kəşfiyyat idarəsinin zabitləri və onların əməkdaşları aşkarlanaraq həbs edilmişdilər.

İranın nüvə alimi Mustafa Əhmədi Röşən 11 yanvarda Tehranda yerləşən collec binası yaxınlığında maşınına quraşdırılan bombanın partlaması nəticəsində şəhid olmuşdur. Partlayış nəticəsində alim dərhal ölmüş və sürücü yaralanmışdır, ancaq daha sonra xəstəxanada keçinmişdir.

Ölümcül hadisə 2011-ci ilin noyabr ayında bəzi ABŞ rəsmilərinin İranın nüvə proqramını dayandırmaq üçün İrana qarşı xüsusi əməliyyat keçirliməsini bildirdikdən sonra baş vermişdir.
Source : Islamtimes
Comment