0
Monday 18 June 2012 - 17:59
Putinin yardımçısı:

ABŞ-ın İrana qarşı sanksiyaları Rusiya - ABŞ əlaqələrini korlayacaq

Story Code : 172350
Putinin yardımçısı: ABŞ-ın İrana qarşı sanksiyaları Rusiya  - ABŞ əlaqələrini korlayacaq
Putinin yardımçısı: ABŞ-ın İrana qarşı sanksiyaları Rusiya - ABŞ əlaqələrini korlayacaq
Islam times.org/az/ - Bazar günü jurnalistlərə müsahibə verən Yuri Uşakov deyib ki, ABŞ-ın İrana qarşı sanksiyaları beynəlxalq qanunlara ziddir və üçüncü ölkələrə mənfi təsir edir.

Kremlin sözçüsü xəbərdarlıq edərək deyib ki, Moskva Rusiya firma və banklarının bu cür birtərəfli hərəkətlərin qurbanı olmasını qəbul etməyəcək.

Bu açıqlama Rusiya prezidenti Putinin Meksika şəhərində keçiriləcək Böyük 20-lərin görüşündə ABŞ prezidenti Barak Obama ilə görüşməsinin baş tutmasından öncə edilmişdir.

15 iyunda Rusiya Xarici İşlər naziri müavini Serqey Ryabkov həmçinin qeyd edərək bildirib ki, Moskva İrana qarşı nüvə enerji proqramına görə tətbiq edilən birtərəfli sanksiyaların əleyhinədir.

Ryabkov bu sözləri Rusiya xarici işlər naziri Serqey Lavrovun 13 iyunda Tehranda İran xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşündə etdiyi açıqlamasından sonra demişdir..

Lavrov deyib: “Bizim birtərəfli sanksiyalar haqqında mövqeyimiz aydındır. Biz bütün birtərəfli sanksiyalara qarşıyıq.”
Source : Islamtimes
Comment