0
1
comments
Monday 18 June 2012 - 21:25

Həmsədrlər yenə də gələcək

Story Code : 172401
Həmsədrlər yenə də gələcək
Həmsədrlər yenə də gələcək
Bu gün Paris şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. APA-nın xəbərinə görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər görüşün yekunlarına dair birgə bəyanatla çıxış ediblər. Bəyanata əsasən görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, humanitar əlaqələrin inkişafı, atəşkəs rejimi pozuntularının araşdırılması üçün mexanizmin yaradılması, tarixi-mədəniyyət abidələrinin qorunması kimi məsələlər üzrə görüləcək işlər müzakirə olunub.

Həmsədrlər təmas xəttində baş verən insidentlərdən dərin narahatlıqlarını bir daha ifadə edərək atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini vurğulayıblar. Bəyanatda deyilir ki, nazirlər münaqişənin sülh yolu ilə həlli üçün həmsədrlərlə birgə işi davam etdirməkdə qərarlı olduqlarını, eləcə də danışıqların atmosferinə müsbət təsir göstərəcək etimad artırıcı tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər: “Görüş müsbət və konstruktiv məcrada keçdi. Növbəti addım kimi həmsədrlər yaxın həftələrdə bölgəyə səfər edəcəklər”.
Source : ANS
Comment


Indonesia
Don`t do it-really-no matter how deeleratspy you need the cash-it`s not worth it-I went down this road a few years ago-and it spiralled out of control-I am going to be paying off these type of debts for years-and went through LOADS of stress-the interest they charge is shocking.Do anything else to raise cash-sell stuff on ebay,ask friends/family for a loan-but don`t fall for these dodgy loan online scams-they will only make your financial difficulties 100% worse.Sorry if thats not what you want to hear-but im` being honest to try and prevent you going through the same nightmare I did.