0
Tuesday 19 June 2012 - 11:05

Rusiya, Çin, İran və Suriya hərbi təlim keçirəcəklər

Story Code : 172545
Rusiya, Çin, İran və Suriya hərbi təlim keçirəcəklər
Rusiya, Çin, İran və Suriya hərbi təlim keçirəcəklər
Hərbi təlimdə 90 min canlı qüvvənin iştirakı gözlənilir.

Xəbərdə bildirilir ki, hərbi təlimlər Suriya ərazisində keçiriləcək. Çin ağır texnika və raket komplekslərini daşıyan gəmiləri Süveyş kanalından keçirərək Suriyanın Tartus və Lazigiyyə limanlarına gətirmək üçün Misir hökumətindən rəsmi icazə alıb.

Bundan əlavə, Rusiyanın atom gəmisi, döyüş təyyarələrini daşımaq üçün nəzərdə tutulan gəmiləri və bir neçə sualtı qayığı, həmçinin İranın döyüş gəmiləri və sualtı qayıqları da Suriya ərazi sularına daxil olacaqlar. Ümumilikdə hərbi təlimə 90 min canlı qüvvə, 1000-dən çox tank, yüzlərlə raket kompleksləri, Hərbi Hava Qüvvələrinə məxsus təchizat və hava hücumundan müdafiə sistemlərinin cəlb olunacağı gözlənilir.

Hələlik adı çəkilən dövlətlərdən heç biri xəbərə rəsmi münasibət bildirməyib.
Comment