QR CodeQR Code

İsraillilər Qərb Sahilində yerləşən məscidi yandırıblar

Islamtimes , 19 Jun 2012 19:44

İslamtimes - Şübhəli İsrail ekstremistləri işğal edilmiş Qərb Sahilində yerləşən məscidə od vurmuş və divarlarına boyalarla yazılar yazmışdılar.


islamtimes.org/az/ - Qərb sahilində yerləşən Caba kəndinin sakinləri deyiblər ki, çərşənbə axşamı günü səhər saatlarında bir nəfər şəxs məscidə girərək aynaları sındırmış və məscidə od vurmuşdur.

Şahidlərin bildirdiyinə görə cinayətkarlar məscidin divarında ivrit dilində “müharibə başladı” və “haqqını ödəyin” sözlərini yazıblar.

Qonşular yanğını görmüş və məscidə doğru qaçaraq yanğını söndürmüşdülər.
Bu arada İsrail polisinin sözçüsü deyib ki, bu cinayətin səbəbkarı ekstremist İsrail mühacirləridir.

Halhazırda müxtəlif istiqamətlərdə axtarışlar aparılır və tezliklə bu cinayəti edənlər tutularaq cəzalandırılacaq.!!

Son zamanlar İsrail ekstremistləri zəbt edilmiş Qərb Sahilində yaşayan Fələstinlilərə qarşı zorakılıq işlətmiş və onların əmlaklarını talan etmişdilər. Tel Əviv rejimi çox nadir hallarda bu zorakılığa səbəb olan insanları həbs etmişdir.

11 iyunda İsrail mühacirləri Qüdsün şərq hissəsində bir neçə Fələstinlinin avtomobilini zədələmişdilər.

1967-ci ildə İsrail tərəfindən işğal edilmiş Qərb Sahilində və Qüdsün şərq hissəsində yarım milyon israilli 120-dən çox qeyri qanuni ərazilərdə məskən qurublar.


Story Code: 172670

News Link :
https://www.islamtimes.org/az/news/172670/israillilər-qərb-sahilində-yerləşən-məscidi-yandırıblar

Islam Times
  https://www.islamtimes.org