0
Tuesday 19 June 2012 - 22:44

ABŞ İranın dinc məqsədlər üçün nüvə enerjisinə sahib olmaq haqqını tanıyıb

Story Code : 172700
ABŞ İranın dinc məqsədlər üçün nüvə enerjisinə sahib olmaq haqqını tanıyıb
ABŞ İranın dinc məqsədlər üçün nüvə enerjisinə sahib olmaq haqqını tanıyıb
Islam times.org/az/ - ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin bu açıqlamanı bazar ertəsi günü Meksikada Los Kabosda görüşləri zamanı demişdilər.

Bəyanatda deyilir: “Bizim ümumi məqsədimiz problemi mərhələli şəkildə, ümumi yanaşma yolu ilə həll etməkdir və biz İran ilə altılıq ölkə arasında olan danışıqları, məxsusən də 18-19 iyunda Moskvada keçirilən danışıqlardan çox şey gözləyirik.”

Obama təkid edərək bildirib ki, İranın nüvə enerji proqramı üzərində yaranan problemi diplomatik danışıqlar yolu ilə həll etməyə hələ də vaxt və məkan var.

Bu açıqlama Moskvada İran və 5+1 dövlətləri arasında olan danışıqların başlamasından bir neçə saat qabaq edilmişdir.

İki günlük Moskva danışıqları İraq və Türkiyə danışıqlarının növbəti mərhələsidir.
İran və 5+1 dövlətləri aprel ayının ortalarında İstanbulda danışıqlar apardıqdan sonra may ayında Bağdadda 3 plenar iclas keçirmişdilər.
Source : Islamtimes
Comment