0
Wednesday 20 June 2012 - 08:46

İtaliya dövlət əmlakını satışa çıxarıb

Story Code : 172765
Italy Crisis
Italy Crisis
Buna səbəb isə hökumətin satışdan əldə ediləcək 10 milyard avro ilə yığılıb qalmış nəhəng borcları azaltmaq niyyətidir.

Həmçinin bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi, silahlı qüvvələrdə ixtisarların aparılması və daşınmaz əmlakların satılması da planlaşdırılır. Ən gözlənilməz qərar isə bir neçə nazirliyin birləşdirilərək işçilərin ixtisara salınmasıdır.

Qeyd edək ki, İtaliyada borclar ümumi daxili məhsulun 120%-nə bərabərdir. İtaliya Mərkəzi Bankının ötən həftə verdiyi hesabata görə, dövlət borcu rekord həddə çataraq 1.95 trilyon avronu ötüb. /FaktXeber/
Comment