QR CodeQR Code

ABŞ hərbi tədqiqat qrupu Əfqanıstanda Quranı yandıran əsgərlərin cəzalanmasını tələb edib

Islamtimes , 21 Jun 2012 00:34

Islamtimes - ABŞ hərbi tədqiqat qrupu təklif edərək bildirib ki, Əfqanıstandakı hərbi bazada Müqəddəs Quranı yandıran əsgərlər inzibati cinayətə cəlb edilməlidirlər.


islamtimes.org/az/ - ABŞ hərbi rəsmiləri bildirib ki, hadisədə əli olan 11 əsgərin cəzalanması üçün təkliflər artıq bir həftə əvvəl Pentaqona göndərilib.

ABŞ hərbi sözçüsü Corc Rayt deyib: “Araşdırma artıq başa çatıb və müzakirələr üçün lazımi yerlərə göndərilib.”

Bu ilin əvvəllərində bəzi Amerikan əsgərləri Əfqanıstanda yerləşən ABŞ-ın Bəqram hərbi bazasında Müqəddəs Quranı yandıraraq müsəlmanların nifrətinə səbəb olmuşdur.

Bəzilərinin cəzadan azad olunacağı gözlənilsə də 7 əsgər barəsində cəza tədbiri görüləcək.

Bu qərar Əfqan xalqını daha da acıqlandırdı. Bu qərar veriləndə xeyli insan etiraz əlaməti olaraq küçələrə çıxdılar. Müqəddəs Quranın yandırılması nəticəsində 4 amerikan əsgəri daxil olmaqla 40 nəfər qətlə yetirilmişdir. Bu təhqir hadisəsi Barak Obamanı üzr istəməyə məcbur etdi.

Ancaq bu birinci səfər deyildi ki, Amerikan əsgərləri Quranı yandırırdılar. Eyni hadisələr həm Əfqanıstan, həm də başqa ərazilərdə də baş vermişdir.


Story Code: 172973

News Link :
https://www.islamtimes.org/az/news/172973/abş-hərbi-tədqiqat-qrupu-əfqanıstanda-quranı-yandıran-əsgərlərin-cəzalanmasını-tələb-edib

Islam Times
  https://www.islamtimes.org