QR CodeQR Code

Liviya Milli Keçid Şurası: Musa Sədrlə bağlı mühüm həqiqətlər aşkarlamışıq

21 Jun 2012 19:47

IslamTimes - "Son təhqiqatlar imam Musa Sədr və onun taleyi ilə bağlı bu günə qədər məlum olmayan faktları üzə çıxarıb."


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Liviya Milli Keçid Şurasının rəisi Mustafa Əbdül-Cəlil "Əl-ərəbiyyə" telekanalı ilə müsahibəsində deyib: "1978-ci ildə oğurlaanmış imam Musa Sədr və onunla birlikdə olan iki nəfərlə bağlı araşdırmalar sona çatıb."

Mustafa Əbdül-Cəlil əlavə edib: "Son təhqiqatlar imam Musa Sədr və onun taleyi ilə bağlı bu günə qədər məlum olmayan faktları üzə çıxarıb. Bizim tərəfdən aparılan araşdırmalar artıq sona çatıb və Musa Sədr olduğunu güman etdiyimiz cənazəni Livan tərəfinə təhvil vermişik. Biz onların DNA analizini araşdıraraq bizə cavab verməsini gözləyirik."

Xatırladaq ki, imam Musa Sədr 1978-ci ildə Məhəmməd Yaqub və Abbas Bədrəddinlə birlikdə Müəmmər Qəzzafinin dəvəti ilə Liviyaya səfər etmişdi.


Story Code: 173169

News Link :
https://www.islamtimes.org/az/news/173169/liviya-milli-keçid-şurası-musa-sədrlə-bağlı-mühüm-həqiqətlər-aşkarlamışıq

Islam Times
  https://www.islamtimes.org