0
Thursday 21 June 2012 - 20:21

Almaniya Suriyaya hərbi müdaxiləyə qarşı çıxdı

Story Code : 173174
Almaniya Suriyaya hərbi müdaxiləyə qarşı çıxdı
Almaniya Suriyaya hərbi müdaxiləyə qarşı çıxdı
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, ötən gün Almaniyanın müdafiə naziri Tomas De Mezyer xəbərdarlıq edərək deyib: "ABŞ, İngiltərə və Fransanın Suriyaya hərbi müdaxilə variantını dəstəklədiyini düşünürəm. Amma bu addım asanlıqla Suriyada genişmiqyaslı müharibəyə çevrilə bilər."

Ankaradakı universitetlərdən birində çıxış edən Almaniya müdafiə naziri əlavə edib: "Biz öncəki hərbi müdaxilələrdən dərs almalıyıq."

Almaniyalı rəsmi Suriyada uçuşun qadağan edilməsinin mürəkkəb və problemli mövzu olduğunu dilə gətirib.

Rusiya, Çin və bir neçə digər ölkə Suriyaya hərbi müdaxilə variantına qarşıdır.

Rəsmi Dəməşq Qərb və bir neçə ərəb dövləti tərəfindən dəstəklənən qruplaşmaların bu ölkədə qarışıqlıq yaratdığını açıqlayıb."
Comment